Britaniyalı qadın ağcaqanad sancmasından sonra ölüb
8 İyul 2022 10:19 DünyaPilot olmağı planlaşdıran Oriana Pepper adlı britaniyalı qadın imtahan vermək üçün Belçikaya gedib.
Olaylar.az Oxu.az-a istinadən bildirir ki, "Gazeta.ru"-nun məlumatına görə, onu sağ gözünün altından ağcaqanad sancıb. Nəticədə qadının üzü olduqca şişib və o, kömək üçün xəstəxanaya müraciət edib, ona antibiotik kursu təyin olunub.
Lakin bir neçə gündən sonra qadın huşunu itirib və yenidən ağır vəziyyətdə klinikaya yerləşdirilib. Həkimlər onun həyatını xilas edə bilməyiblər. Yarılma zamanı məlum olub ki, Pepper septik emboliya nəticəsində ölüb.
"İnfeksiya Oriananın bədəninə həşərat sancması zaman daxil olub", - deyə məlumatda bildirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31