"Tezliklə Zaporojyaya yeni hücum ola bilər" - Anna Malyar

"Rusiya tezliklə Zaporojyaya yeni hücuma keçə bilər".

Olaylar.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu Ukrayna müdafiə nazirinin müavini Anna Malyar açıqlamasında deyib.

O,  Rusiyanın Zaporojya istiqamətində ən azı 5 batalyon taktiki qrupunu gücləndirdiyini bildirib.

"Zaporojya və Novopavlovsk istiqamətində düşmənin Zaporojyaya hücumu və ya bölmələrimizi mühasirəyə almaq üçün Velika Novoselovka-Pokrovskoye istiqamətində yayınması məsələsi var", - Malyar əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31