“Rusiyanın G20 sammitində iştirakı təşkilatın etimadını sarsıda bilər" - Nabila Massrali
7 İyul 2022 20:18 Dünya"Rusiyanın qarşıdan gələn G20 sammitində yüksək səviyyədə iştirakı bu təşkilatın etimadını sarsıda və onun effektivliyini azalda bilər".
Olaylar.az xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə xidmətinin sözçüsü Nabila Massrali deyib.
O, eyni zamanda vurğulayıb ki, Avropa Komissiyası Rusiya ilə əməkdaşlığa görə G20-ni boykot etmək niyyətində deyil: "Ursula fon der Lyayenin dediyi kimi, G20-nin boykot etməməliyik. Lakin Avropa İttifaqı Rusiyaya sammitdən dezinformasiya platforması kimi istifadə etməyə icazə verməyəcək".
azpost.info
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31