Ərdoğanla Merkel Əfqanıstandakı son vəziyyəti müzakirə ediblər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Almaniya kansleri Angela Merkel arasında telefon danışığı baş tutub

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Almaniya kansleri Angela Merkel arasında telefon danışığı baş tutub. 

Bu barədə Türkiyənin "Anadolu" agentliyi məlumat yayıb.

Ərdoğan: “Hələlik “Taliban”ın verdiyi təmkinli mesajları təqdir edirik”

R.T.Ərdoğanla A.Merkel Əfqanıstandakı son vəziyyətlə bağlı müzakirə aparıblar.

Hər iki rəhbər şəxs Əfqanıstandakı təxliyyələrin təhlükəsiz həyata keçirməyin vacibliyini qeyd edib.

Tərfələr regional problemlər və ikitərəfli əlaqələr ətrafında da müzakirələr aparıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31