Putin TŞ-nı topladı: Sərhəddəki vəziyyət müzakirə edildi

Rusiya Təhlükəsizlik Şurasının növbəti iclası keçirilib.

Bunu Rusiya Prezidenti Vladimr Putinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, V.Putinin sədirliyi ilə keçirilən toplantıda Rusiyanın sosial-iqtisadi inkişafı ilə bağlı məsələlər müzakirə olunub.

Şuranın iclasında eyni zamnda, Azərbaycan və Ermənistan sərhədində baş verən son hadisələr, Əfqanıstandakı durum və beynəlxalq gündəmin digər aktual məsələləri müzakirə edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31