Çində meymun virusundan ilk insan ölümü qeydə alınıb
Çində 53 yaşlı baytar həkimi meymundan keçən BV virusu nəticəsində ölüb
18 İyul 2021 23:07 DünyaÇində 53 yaşlı baytar həkimi meymundan keçən BV virusu nəticəsində ölüb.
NTV xəbər verir ki, hadisə hələ mayın 27-də baş versə də, baytarın ölüm səbəbi yalnız indi təsdiq olunub.
Həkimin son aylarda meymun cəsədləri üzərində araşdırmalar apardığı bildirilib. Onun məhz bu zaman virusa yoluxduğu güman edilir.
Qeyd edək ki, bu, meymun virusundan ilk insan ölümü faktıdır. Virusun ölüm nisbəti 70-80%-dir. Lakin onun keçiciliyi və yayılma sürəti elə də yüksək deyil.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31