Türk Hava Yollarının (THY) loqosunun mənasını bilirsinizmi?

Türkiyənin uzun illərdir dəyərini hər ötən gün daha da artıran şirkəti “THY”-nin loqosu haqqında heç düşünmüsünüzmü?

Türkiyənin uzun illərdir dəyərini hər ötən gün daha da artıran şirkəti "THY"-nin loqosu haqqında heç düşünmüsünüzmü?

Güman ki, bir çoxunuz loqodakı işarənin çöl qazı fiqurundan ilham alınaraq təsvir edildiyini bilirsiniz. Bəs nə üçün çöl qazı fiquru deyə heç düşünmüsünüzmü, ya da loqunu sağa sola çevirməyə cəhd etmisinizmi?

İlk olaraq çöl qazı fiqurunun seçilməsindəki incə detallardan bəhs edək. Çöl qazları çox uzaq məsafələrə uça bilən quşlardır. Uçuş firması üçün əlbəttə ki, bu, çox yaxşı mesaj verir. Bu quşların uzun məsafələrə uça bilmələrinin sirri isə dəstə halında və "V" şəklində uçmalarıdır. "V" şəklində uçmalarının səbəbi isə bir-birlərinin qanad çırpmaları ilə yaratdıqları hava axını ilə sərf etdikləri enerjini minimum səviyyəyə endirmələridir. Çöl qazı dəstəsi bir dəfədə bir çöl qazının tək başına qət edəcəyi yolun iki qatını uça bilirlər.

"THY"-nin öz loqosunda bu təsvirdən istifadə etməsi həm markanın uzun ömürlü və dayanıqlı olmasını, həm də bütün əməkdaşlarına əhəmiyyət verən və qrup ruhunu yüksək dəyərləndirən şirkət olmasını ifadə edir.

Loqodakı bu təsvirin başqa bir xüsusiyyəti də fərqli bucaqlardan baxdıqda markanın adının qısaltmasını (THY) əks etdirməsidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31