Pakistanın keçmiş prezidenti vəfat edib
Pakistanın keçmiş prezidenti Məmnun Hüseyn 80 yaşında vəfat edib
14 İyul 2021 23:34 DünyaPakistanın keçmiş prezidenti Məmnun Hüseyn 80 yaşında vəfat edib.
"RİA Novosti" xəbər verir ki, Geo TV məlumat yayıb.
Bildirilib ki, sabiq prezident xərçəng xəstəliyindən əziyyət çəkirdi və son iki həftə ərzində xüsusi bir xəstəxanada müalicə alırdı.
Məmnun Hüseyn 2013-2018-ci illərdə Pakistanın prezidenti olub. Daha əvvəl isə Sind əyalətinin valisi idi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31