Ermənistan Dağlıq Qarabağın inkişafına pul ayırdı – ŞOK QƏRAR
26 Mart 2021 15:53 DünyaFacebook Twitter LinkedIn Tumblr Pinterest Reddit VKontakte Odnoklassniki Pocket
Dağlıq Qarabağda mənzil tikintisi və zəruri infrastruktur proqramı üçün 110 milyard dram ayrılmasına qərar verilib.
Erməni mediası xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan bunu İrəvanda keçirilən Ermənistan və Qarabağ Təhlükəsizlik Şuralarının birgə iclasında bəyan edib.
Onun sözlərinə görə, 58 milyard dram "Hayastan" Ümumerməni Fondu tərəfindən, 52 milyard dram isə Ermənistan hökuməti tərəfindən ayrılacaq.
Paşinyan qeyd edib ki, Dağlıq Qarabağda sosial-iqtisadi inkişaf proqramları həyata keçiriləcək, həmçinin gələcəyə və təhlükəsizlik sahəsinə dair strateji baxışlar müzakirə olunacaq. /Konkret.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31