Rusiyalı sülhməramlılar Kəlbəcər bölgəsinə 60 tondan çox humanitar yardım çatdı

Bu barədə Rusiyanın Müdafiə Nazirliyindən bildirilib

Rusiya sülhməramlı kontingenti 2020-ci ilin noyabrında Azərbaycanın işğaldan azad etdiyi ərazilər arasında malların tranzitini təmin etməyə davam edir.

Qazet.az xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyindən bildirilib.

15 "KamAZ" markalı hərbi maşın və müşayiətedici nəqliyyat vasitələrindən ibarət olan Humanitar Reaksiya üzrə Mərkəzin doqquzuncu karvanı Xakəndi - Suqovuşan - Kəlbəcər marşrutu ilə irəliləyərək Kəlbəcərdəki sosial obyektlərə və yaşayış binalarına elektrik avadanlıqları və tikinti materialları daxil olmaqla, enerji təchizatı və su təchizatı sistemlərini bərpa etmək üçün təxminən 60 ton yük çatdırıb.

Bildirilib ki, ümumilikdə, Rusiya sülhməramlılarının köməyi ilə doqquz maşın karvanı 1400 tondan çox humanitar yük daşıyıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31