14 yaşlı idmançı öldürüldü
19 Fevral 2021 11:22 DünyaTürkmənistanda 14 yaşlı döyüşçü Süleyman Tursunbayev küçədə döyülərək öldürülüb.
Olaylar.az xəbər verir ki, gənc idmançının öldürülməsi ilə bağlı Türkmənistan hökumətindən rəsmi məlumat verilməyib. Məktəbdən verilən açıqlmaya görə, o, dişini çəkdindən sonra qanaxma nəticəsində vəfat edib. Lakin sosial şəbəkələrdə yayılan videoda Süleymanın damarının partladığı görünür.
Açıqlamada pandemiya səbəbindən bütün idman təlimlərinin ləğv olunduğu bildirilib. İddialar arasında gənc döyüşçünün və müəlliminin döyülməsi də var.
TurkmenNews-un yayımladığı xəbərə görə, Süleyman Tursunbayevin qatıldığı turnirdə finala yüksəlməsi təşkilatçıların qəzəbinə tuş gəlib. Süleymanın matçı uduzmasını istəsələrdə o, buna razı olmayıb. Bu səbəbdən 14 yaşlı idmançı küçədə bir neçə nəfər tərəfindən döyülərək öldürülüb.
Uşağı tapan gözətçi onu təcili yardım maşını ilə Aşqabaddakı xəstəxanaya çatdırsa da, gənc idmançı xəstəxanaya qəbul edilməyib. 500 kilometr uzaqlıqdakı başqa bir xəstəxanaya aparılan Süleymanın həyatını xilas etmək mümkün olmayıb.