“Seçki şousu” Paşinyanı xilas edə bilmədi- TƏHLİL

"Taclı virus"  feyki   baş nazirin fırıldağına yarıyacaqmı?   

Bütün sahələrdə ciddi uğursuzluğa düçar olmuş Ermənistan dövləti dünyanı cənginə almış koronavirus pandemiyası ilə mübarizədə də çarəsiz duruma düşüb. İşğalçı ölkədə aparılan yarıtmaz, səriştəsiz siyasət nəticəsində ölkə əhalisi təlaş içində yaşayır. Buna səbəb öldürücü virusun geniş yayılması və ölüm hallarının artmasıdır. Ölkədə vəziyyət o dərəcədə idarəolunmaz səviyyəyə çatıb ki, koronavirus hərbçilər və cəzaçəkmə müəssisələrindəki məhkumlar arasında da yayılıb. Məlumata görə, artıq Ermənistanın sadə vətəndaşları, xüsusən də müzalifət və diaspora təşkilatları Paşinyanın yürütdüyü yarıtmaz siyasətə qarşı ciddi müqavimətə hazırlaşırlar.  Fakt ondan ibarətdir ki, Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən ölkədə "COVID 19" virusunun  geniş yayılmasının qarşısının alınması, əhalinin sağlamlığının qorunması istiqamətində heç bir qabaqlayıcı addım atılmayıb, heç bir təşəbbüs irəli sürülməyib. Prosesi zamanın və diasporanın ümidinə buraxan baş nazir nəticədə çıxılmaz vəziyyətə düşüb. İnsanların  öldürücü virusla üz-üzə qaldığı bir vaxtda, dünya ölkələri bütün səylərini koronavirusla mübarizəyə yönəltdikləri bir məqamda, beynəlxalq təşkilatların etirazlarına baxmayaraq  Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisində qondarma "seçki keçirmək", Şuşada "andiçmə mərasimi" təşkil etmək kimi "siyasi gedişlər" Paşinyanın xilasına hesablanmış addımlar idi. Lakin  "qondarma seçkilər" bir daha göstərdi ki, bu qanunsuz xunta rejimini heç kim tanımır. "Seçkidən" sonra bütün aparıcı beynəlxalq təşkilatlar açıq-aydın şəkildə bu seçkiləri tanımadıqlarını bəyan etdilər. Nəticədə Ermənistanın işğal altında saxladığı ərazidə təşkil edilən "seçki" şousu da Paşinyanı xalqın tənəsindəın xilas edə bilmədi.

İndi isə Ermənistanın Baş naziri Nikol Paşinyan giya çıxış yolu olaraq koronavirusa yoluxması barədə məlumat yayıb. Məlumata görə, Ermənistanın Baş naziri Nikol Paşinyan ailə üzvləri ilə birlikdə Covid-19-dan müalicə olunurlar. Bu barədə bazar ertəsi günü səhər Facebook vasitəsilə canlı yayımda Nikol Paşinyan özü məlumat verib. O, ön xətdə məskunlaşan hərbi hissələrə baş çəkməzdən əvvəl koronavirus testi üçün analiz verdiyini və testin nəticəsinin müsbət olduğunu bildirib. Paşinyan özündə və ailə üzvlərində xəstəliyin simptomsuz keçdiyini deyib.

Lakin mötəbər mənbələrdən əldə olunan məlumata görə, Ermənistanın Baş naziri Nikol Paşinyan koronavirusa yoluxması barədə yayılan məlumatın heç bir əsası yoxdur. Əslində işğalçı ölkənin baş naziri bu fikri məqsədli şəkildə ortalığa atıb. Buna səbəb isə Erməistanda koronavirusa qarşı aparılan mübarizə tədbirlərinin heç bir nəticə verməməsi, yoluxma və ölüm sayının günü-gündən artmasıdır. Ölkədə yaranmış bu vəziyyət həm rəsmi şəxslərin, həm də sadə vətəndaşların ciddi narazılığına səbəb olub. Hətta Baş Nazir Nikol Paşinyanın kömək məqsədilə xarici ölkələrə və beynəlxalq humanitar təşkilatlara etdiyi müraciət də cavabsız qalıb. Üstəlik erməni diasporası da hazırki iqtidara dəstək verməkdə tərənnüm edir. Məhz ölkədə yaranmış vəziyyətdən yayınmaq məqsədilə baç nazir belə bir açıqlama ilə çıxış edib. Məlumatda o da bildirilir ki, hələlik ölkənin Səniyyə Nazirliyi məsələyə münasibət bildirməyib. Məlumat rəsmən təsdiqlənmədiyindən aidiyyatı quqrmlar susmağa üstünlük verirlər. Məcbiriyyət qarşısında qalan Nikol Paşinyan  Facebook vasitəsilə canlı yayımda məlumat yaymaq qərarına gəlib. Məqsəd isə koronavirusa qarşı mübarizədə məğlub olan baş nazirin xalqdan və müxalifətdən təcrid olunmasıdır.

Müqayisə üçün qeyd edək ki, Azərbaycanda koronavirusla mübarizənin postkarantin mərhələsinə start verilib. Ümumi nəticə ondan ibarətdir ki, Azərbaycan koronavirus pandemiyası ilə mübarizədə, ən az itki vermiş, ən uğurlu nəticələr əldə etmiş ölkələr sırasındadır. Ona görə ki, pandemiyanın dünyada tüğyan etduyi ağır günlərdə ölkə prezident İlham Əliyev öz xalqının əsil xilaskarı kimi mübarizənin önünə çıxdı, bir rəhbər müdrikliyi ilə, bir lider qətiyyəti ilə bütün resursları bir məqsədə yönəldərək, kompleks mübarizə tədbirlərinin həyata keçirilməsini təşkil etdi. Cəmi 2 həftə ərzində ölkəyə 20 dən artıq test- laboratoriya gətirildi, tibbi maska, qoruyucu kombinzon, dezinfeksiya vasitələrinin istehsalı quruldu. 25 xəstəxana koronavirusla mübarizə üçün səfərbər olundu, 10 yeni mobil xəstəxananın tikintisinə vəsait ayrıldı, ölkə əhalisinin mütləq əksəriyətində test analizi aparıldı. Vətəndaşların sağlamlığı, sosial müdafiəsi, iqtisadiyyatın qorunması məqsədi ilə büdcədən 3,5 milyard manata yaxın vəsait ayrıldı. Yeri gəlmişkən qeyd edək ki,  Koronavirusla Mübarizəyə Dəstək Fonduna 110 milyon manatdan çox vəsait toplanıb. Bu isə o deməkdir ki, Azərbaycanda koronavirus pandemiyasına qarşı mübarizə aparmaq üçün kifayət qədər vəsait mövcuddur. Üstəlik Azərbaycan koronavirusa qarşı mübarizə məqsədilə 30- dövlətə yardım göstərib. Prezident İlham Əliyev xoşməramlı təşəbbüslərlə çıxış edərək xalqa əsil vətəndaş nümunəsi göstərdi. Dövlət başçısının irəli sürdüyü " Biz birlikdə güclüyük" ! şüarı cəmiyyətin bütün təbəqəsinin birlik və həmrəylik himninə çevrildi. Beləliklə cəmi üç 3 ay ərzində Azərbaycanın növbəti uğur tarixini yazdı. Həmişə olduğu kimi bu dəfə də lider-xalq birliyi qalib oldu. Prezident İlham Əliyevin ünvanına göndərilən dəstək məktubları sadalanan faktları bir daha təsdiq etmiş olur.

Zəka

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31