Pilotların etirazı başladı: 180 reys təxirə salındı
Pilotların etirazı başladı: 180 reys təxirə salındı
30 Dekabr 2019 16:36 DünyaAlmaniyanın Eurovings və Germanvings hava yolları şirkətinin pilotları etiraz aksiyasına start verib.
Etiraz aksiyası səbəbindən 180 reys təxirə salınıb.
Məlumata görə, şirkətlə pilotlar arasında ciddi narazılıq yaranıb. Pilotların həmkarlar ittifaqı ilə şirkət rəhbərliyi arasında keçirilən görüşlər nəticə verməyib. Bu səbəbdən də həmkarlar ittifaqı (UFO) 3 gün ərzində tətil elan edib. Tətil çərşənbə günü saat 18:00-a qədər davam edəcək.
Aviaşirkət anlaşma əldə edilmədiyi üçün həmkarlar ittifaqını ittiham edib. Həmkarlar ittifaqı isə personalın iş ortamının yaxşılaşdırılana və tələb olunan əməkhaqqını əldə edənə qədər mübarizə aparacığını elan edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31