Kamera yoldaşının ailəsini öldürəni ömürlük azadlıqdan məhrum etdilər
KAMERA YOLDAŞININ AİLƏSİNİ ÖLDÜRƏNİ ÖMÜRLÜK AZADLIQDAN MƏHRUM ETDİLƏR
30 Dekabr 2019 16:15 DünyaRusiyada həbsxanadakı kamera yoldaşının ailəsini öldürən şəxs ömürlük azadlıqdan məhrum edilib.
Primorski vilayətində şərti olaraq həbsdən azad edilən şəxs kamera yoldaşının arvadını və qızını öldürüb.
Məlum olub ki, kamera yoldaşı ona arvadının "Toyota Rav4" markalı avtomobili olduğunu deyib.
Naxodka şəhərinin Vranqel mikrorayonunda yerləşən evə gələn həmin şəxs qadından avtomobili onun adına keçirməsini tələb edib.
Sənədlər hazır olana qədər əsir saxlayandan sonra o, qadını silahla, qızını isə bıçaqla öldürüb, cəsədləri əvvəlcədən qazdığı çuxura atıb və tikinti tullantıları ilə örtüb.
Bundan sonra həmin şəxs qadından zorla aldığı avtomobili başqası ilə dəyişib.
Məhkəmənin qərarı ilə o, ömürlük azadlıqdan məhrum edilib.
xeber.im