Berdiməhəmmədov sirkdə çıxış etdi - Video
Berdiməhəmmədov sirkdə çıxış etdi - Video
30 Dekabr 2019 15:50 DünyaTürkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov sirkdə çıxış edib.
Dövlət rəhbərinin çıxışının əks olunduğu kadrlar "Altın Əsr" televiziya kanalında nümayiş olunub.
Prezident Beynəlxalq ahaltəkə at idman kompleksinin manejində "Qalkınış" milli at oyunları qrupunun çıxışını izləyib. Daha sonra qrup üzvləri ilə söhbət edərək onlara "Rovaç" ləqəbli atına həsr etdiyi repin disklərini və digər hədiyyələri təqdim edib.
Prezident alqış sədaları altında bəyaz atın belində manejdə bir neçə dövrə vurub.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31