Qabyuyan maşının içindən zəhərli ilan çıxdı
Qabyuyan maşının içindən zəhərli ilan çıxdı
30 Dekabr 2019 15:43 DünyaSosial şəbəkələrlə saatlarla qabyuyan maşında "yuyulan" zəhərli ilan barədə video böyük maraq yaradıb.
Bu barədə kadrları UPI yayımlayıb.
Hadisə Avstraliyada baş verib.
Ailə yuyulan qabların arasında sürünən ilanı görərək, "Snake Catchers Adelaide" şirkətinə müraciət ediblər. Onların sözlərinə görə, ilan işləyən qabyuyan maşında 2,5 saat qalıb.
İlan ovçuları Tordərili qəhvəyi ilan tutduqlarını bildiriblər. Kadrlarda mütəxəssisin qabyuyan maşından ilanı çıxararaq qara torbaya qoyması görünür. İlanın sonrakı taleyi məlum deyil.
xeber.im
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31