Tiflisdən gələn sərnişin avtobusu qəzaya düşdü- ölən və yaralananlar var
TİFLİSDƏN GƏLƏN SƏRNİŞİN AVTOBUSU QƏZAYA DÜŞDÜ: ÖLƏN VƏ YARALANANLAR VAR
30 Dekabr 2019 15:41 DünyaTiflisdən İstanbula gedən avtobus qəzaya düşüb.
Ölkənin Çankırı şəhəri ərazisində baş verən yol qəzasında bir nəfər ölüb, 21 nəfər xəsarət alıb. Yaralananlardan üçünün vəziyyəti ağırdır.
Məlumata görə, Gürcüstanın paytaxtı Tiflisdən İstanbula gedən, 51 yaşlı M.B-nın idarə etdiyi "AK Karadeniz" şirkətinə aid avtobus tesktil məhsulları daşıyan TIR-la toqquşub.
Əksəriyyəti Gürcüstan vətəndaşları olan 33 sərnişindən 21-i yaralanıb.
Avtobus sürücüsünün köməkçisi 25 yaşlı Köksal Turan sıxılıb qaldığı avtobusun içərisindən çıxarılıb xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
xeber.im
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31



