Ankarada 30 İŞİD-çi saxlanıldı
Ankarada İŞİD terror təşkilatının mənsublarına qarşı növbəti dəfə xüsusi əməliyyat keçirilib.
Olaylar.az Trend-ə istinadən xəbər verir ki, əməliyyat nəticəsində 30 nəfər saxlanılıb.
Saxlanılanların xarici vətəndaşlar olduğu deyilir. Lakin onların vətəndaşlıqları açıqlanmır.
Əməliyyatın digər təfərrüatları barədə məlumat verilməyib.