ABŞ İranın hərbi bazasını vurdu – 19 ölü

ABŞ İranın hərbi bazasını vurdu – 19 ölü

ABŞ Hərbi Hava Qüvvələrinin İraqdakı "Hizbullah" şiə hərəkatına hücumu nəticəsində ən azı 19 nəfər həlak olub.

Bu barədə "Əl-Sumariyyə" telekanalı İraqın şiə milisinin başçısı Cavad Kazım Əl-Rabiavinin açıqlamasına istinadən məlumat yayıb.

Daha 35 nəfərin xəsarət aldığı aydınlaşdırılıb. Əl-Rabiavinin sözlərinə görə, ölənlərin cəsədləri dağıntılar altında qalıb.

Bundan əvvəl Pentaqon başçısının köməkçisi Conatan Hoffman ABŞ qoşunlarının İraq və Suriyadakı beş silah anbarına və "Hizbullah" komandanlıqlarına dəqiq zərbələr endirdiyini söyləyib.

Teleqraf.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31