Filippində təbii fəlakət – Ölənlərin sayı 47 nəfərə çatdı

Filippində təbii fəlakət – Ölənlərin sayı 47 nəfərə çatdı

Filippində "Ursula" tayfunu nəticəsində ölənlərin sayı 47 nəfərə çatıb.

Daha əvvəl 41 ölü olduğu bildirildi.

Bundan əlavə, yenilənmiş məlumatlara görə, 140 nəfər yaralanıb, 9 nəfərin hələ də itkin olub.

Dekabrın 24-də axşam saatlarında "Ursula" tayfunu Filippini vurmağa başlayıb. Tayfun iki minə yaxın evə və 55 məktəbə ziyan vurub, 150 şəhərdə elektrik enerjisi kəsilib.

Təxminən 44 min insan təxliyə edilib. "Kalibo" beynəlxalq hava limanına ziyan dəysə də, hakimiyyət artıq elektrik enerjisi ilə yanaşı hava əlaqələrini də bərpa etməyə başlayıb.

Teleqraf.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31