Alma-Atada baş verən təyyarə qəzasının - 3 əsas versiyası

Alma-Atada baş verən təyyarə qəzasının - 3 əsas versiyası

Qazaxıstanın daxili işlər naziri Erlan Turqumbayev bildirib ki, müstəntiqlər Alma-Atada baş verən qəza ilə bağlı üç əsas versiyanı nəzərdən keçirirlər. Bunlar ekipajın səhvi, texniki nasazlıq və naviqasiya xidmətlərinin işində olan səhvlərdir.

Olaylar.az xəbər verir ki, qazaxıstanlı nazir deyib:

"Daxili İşlər Nazirliyinin istintaq qrupu Alma-Atada baş verən qəza ilə bağlı araşdırma aparır. Hazırda üç versiyaya baxılır. Birincisi, ekipajın səhvidir. İkincisi, göyərtənin özünün mümkün texniki nasazlığı ehtimalıdır.
Üçüncüsü naviqasiya xidmətlərinin işidir".

Turqumbayev bildirib ki, hazırda hadisə yerində yoxlama və təyyarənin sökülməsi işləri aparılır.

Dekabrın 27-də Alma-Atada "BEK AİR" aviaşirkətinə məxsus təyyarə qəzaya uğrayıb. Hava gəmisinin göyərtəsində 95 sərnişin və beş ekipaj üzvü olub. Son məlumatlara görə, onlardan 12 nəfər ölüb.

Teleqraf.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31