Peyğəmbər təhqir olundu – Skandal müsabiqə

Peyğəmbər təhqir olundu – Skandal müsabiqə

Hollandiyalı siyasətçi Gert Vilders keçən il ləğv etdiyi Məhəmməd peyğəmbərlə bağlı karikatura yarışını bu il həyata keçirəcək.

Ötən il olduğu kimi bu il də İslam peyğəmbəri təhqir edilib.

Müsabiqəyə çıxarılacaq saqqallı bir şəxsin görüntüləndiyi və yarışdan əvvəl ortaya çıxan bir karikaturanın üzərində "Karikatura yarışının qalibi: Məhəmməd" ifadəsinə yer verilib.

Yarışın bu həftənin sonunda keçiriləcəyini bildirən Vilders atdığı bu addımı pakistanlı din adamı Xadim Rizvinin həbs edilməməsi ilə əlaqələndirib.

Rizvi Gert Vildersin öldürülməsi üçün fətva vermiş, başının kəsiləcəyi ilə təhdid etmişdi.

Teleqraf.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31