Belarusda Rusiyaya qarşı aksiya keçirildi

Belarusda Rusiyaya qarşı aksiya keçirildi

Belarus müxalifəti Minskin mərkəzində Rusiya ilə inteqrasiyaya qarşı razılaşdırılmamış aksiya keçirib.

Bu barədə məlumatı "RİA Novosti" agentliyi yayıb. Etiraz aksiyasının Oktyabr meydanında başladığı vurğulanıb.

Etirazçılar hökumətdən Belarusla Rusiya arasında aparılan danışıqlar barədə ictimaiyyətə məlumat vermələrini istəyib.

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31