Londonda miqrantlar rəsmlərində "cəhənnəm"i nümayiş etdirəcəklər
LONDONDA MİQRANTLAR RƏSMLƏRİNDƏ “CƏHƏNNƏM”İ NÜMAYİŞ ETDİRƏCƏKLƏR
29 Dekabr 2019 15:42 DünyaYunanıstanın Lesbos adasında qaçqınların məskunlaşdığı Moria düşərgəsi Avropada qaçqınların ən ağır şərtlər altında yaşadığı məkandır.
"The Guardian" nəşri məlumat verir ki, Londonda 6-17 yanvar aralığında miqrantların rəsm sərgisi keçiriləcək.
"Müqəddəs Ceyms" kilsəsində nümayiş olunacaq sərgidə 9 sənət nümunəsi təqdim olunacaq. Müəlliflər rəsmlərində miqrantlar arasında "cəhənnəm" adı ilə məşhur olan Yunanıstanın Moria düşərgəsini təsvir ediblər.
Sərgidə Cənubi Sudan, Konqo, Əfqanıstan və İrandan gələn miqrantların rəsmləri nümayiş olunacaq. Sərgidən əldə olunacaq gəlir məcburiyyət səbəbindən ölkələrini tərk edən insanların hüquqlarının müdafiəsinə sərf olunacaq.
xeber.im
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31