Uyğurlar zorla internat məktəblərinə yerləşdirilir
Uyğurlar zorla internat məktəblərinə yerləşdirilir
29 Dekabr 2019 15:09 DünyaUyğurlara qarşı aparılan repressiya siyasətinə görə bütün dünyada tənqid olunan Çin rəhbərliyi daha bir qanunsuzluğa imza atıb.
Beləki hökumətin yarım milyon uyğur uşağını güclə internat məktəblərinə yerləşdirdiyi iddia edilir.
Bu barədə "New York Times" qəzeti Çin hökumətinin saytlarından birinə əsaslanaraq yazıb. Xəbərə görə, hakim Kommunist Partiyasının Sincanda internat məktəblərində yarım milyon uyğur uşağına "Partiyaya və ölkəyə sədaqət aşılamaq" siyasətini təbliğ edir.
Qəzet, hökumətin saytında yayımlanan "planlaşdırma sənədinə" görə internatların sayının artırılmasının nəzərdə tutulduğunu bildirib.
Cebhe.info
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31