“Putin səlahiyyətlərini bölüşməlidir” - Jirinovski
“Putin səlahiyyətlərini bölüşməlidir” - Jirinovski
29 Dekabr 2019 14:59 DünyaRusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski Rusiyada vitse-prezident postunun yaradılması təklifi ilə çıxış edib.
Siyasətçi bu barədə özünün "Telegram" kanalında yazıb.
Onun fikrincə, bu addımın atılması "dövlət başçısının yükünü azaltmağa" imkan verəcək.
"Bu gün ölkə başçısının çiyinləri üzərinə böyük məsuliyyət yükü düşür, hərçənd ki, idarəetmə funksiyaları prezident, onun müavini və baş nazir arasında tam bölünə bilər", - deyə Jirinovski bildirib.
Bundan əvvəl Liberal Demokrat Partiyasının rəhbəri Rusiya Prezidentinin səlahiyyət müddətinin altı ildən beş ilə endirilməsini təklif etmişdi. Bundan əlavə, siyasətçi ölkədə prezidentin ardıcıl olaraq iki dəfədən artıq seçilə bilməsinə dair qadağanın Konstitusiyadan çıxarılması ideyasını dəstəkləyib.