Əsəd hücumları davam etdirir: 264 min insan Türkiyəyə doğru

Əsəd hücumları davam etdirir: 264 min insan üzü Türkiyəyə

Bəşər Əsəd ordusunun İdlibə hücumları davam edir. Son 3 gündə Türkiyə sərhədlərinə doğru 47 min mülki insan qaçıb.

Son dövrlər İdlibdən Türkiyə sərhədlərinə yaxın bölgələrə köç edən insanların sayı 264 min nəfəri keçib.

Əsəd ordusu dekabrın 15-dən İdlib regionuna aramsız hücumlar təşkil edir. Hücumları 1 gün dayandıran Əsəd rejimi dünəndən müxalifət güclərinin və mülki insanların yaşayış məntəqələrinə yenidən zərbələr endirib.

Yerli qaynaqlar qeyd edirlər ki, Əsəd ordusu cümə və cümə ertəsi günü raket, rop və havadan hücumları davam etdirib.

Teleqraf.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31