Estoniya Prezidenti: “Nəvələrim rus uşaq bağçasına gedirlər”

Estoniya Prezidenti: “Nəvələrim rus uşaq bağçasına gedirlər”

Estoniya Prezidenti Kersti Kalyulayd nəvələrinin Rusiya uşaq bağçasına getdiyini söyləyib. Onun fikrincə, uşaq uşaqlıqdan "ən azı bir, yaxşı halda iki dil" öyrənməlidir.

Bu barədə o, "ERR"ə verdiyi müsahibədə bildirib.

K.Kalyulayd "uşaqlarının ruslarla təhsil almasına razı olarmı" sualına da cavab verib. Deyib ki, uşaqlarından sinif yoldaşlarının məktəbdə hansı dildə danışdıqlarını soruşmur.

"Mənim nəvələrim ümumiyyətlə, rus uşaq bağçasına gedirlər. Məhz buna görə bizim ailəmizdə yalnız bir dil bilən 7 yaşlı uşaq düşüncəsiz bədxərc hesab olunur", - deyə o bildirib.

Əlavə edib ki, onun kiçik uşaqları uşaq bağçasına getdikləri dövrdən üç dil bilirlər. Kalyulayd qeyd edib ki, o, "dil zənginliyini yüksək qiymətləndirir".

Noyabr ayında Estoniya Prezidenti Rusiyanı "ən çətin tərəfdaş" adlandırmışdı.

Teleqraf.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31