Zelenski Sevastopola yenidən xüsusi status verir
Zelenski Sevastopola yenidən xüsusi status verir
29 Dekabr 2019 13:30 DünyaUkrayna Prezidenti Vladimir Zelenski Radaya ölkə Konstitusiyasına hakimiyyətin demərkəzləşməsiylə bağlı dəyişikliklə əlaqədar qanun layihəsi təqdim edib.
Olaylar.az xəbər verir ki, qanun layihəsinə əsasən, Sevastopola xüsusi statusun verilməsi təklif edilib.
Sevastopolla bərabər, Krımın "muxtar respublika" statusunun saxlanılması məsələsi də sənədə daxil edilib.
Qanun layihəsində, həmçinin, Luqansk və Donetsk vilayətlərinin yerli hakimiyyətlərinə xüsusi səlahiyyətlərin verilməsiylə bağlı bəndə yer verilməyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31