ABŞ-ın Yaponiyada yerləşən bazasına hücum olub

ABŞ-IN YAPONİYADA YERLƏŞƏN HƏRBİ BAZASINA HÜCUM OLUB

ABŞ Hərbi Polisi Cənubu Afrika vətəndaşını Okinava adasında yerləşən hərbi bazaya daxil olmağa cəhd edərkən saxlayıb.

"Kyodo" agentliyi məlumat verir ki, ABŞ hərbçiləri tərəfindən saxlanılan şəxs Yaponiya tərəfinə təhvil verilib.

Saxlanılanın şəxsiyyəti də müəyyənləşib. O, 24 yaşlı Conatan Edvardsdır. İlkin sorğu-sualda saxlanılan şəxs Honşu adasında ingilis dili müəllimi işlədiyini bildirib.

Qeyd edək ki, ABŞ-ın Yaponiyanın ən böyük adası olan Okinavada bu ölkədə fəaliyyət göstərən hərbi bazalarının 70 faizi yerləşir. 

xeber.im

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31