Ermənilərin istifadə etdiyi ev 2 milyona satışa çıxarıldı - FOTOLAR

Ermənilərin istifadə etdiyi ev 2 milyona satışa çıxarıldı - FOTOLAR

Türkiyənin Nevşehir şəhərində mağara ev satışa çıxarılıb.

40 otaqdan ibarət, 800 kv/km-lik mağara evin qiyməti 2 milyon 750 min Türkiyə Lirəsidir (785,675 manat).

Tamamilə təbii infrastruktura sahib 5 mərtəbəli evin qapıları oyma oval qaplardan ibarətdir. Qapıları itələməklə bağlamaq mümkündür. Mağara daha əvvəl romalılar və ermənilər tərəfindən istifadə edilib.

Evin elanı qısa müddətdə böyük maraq doğurub. Son təklif 2 milyon TL olsa da, mağara ev satılmayıb.

Publika.az 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31