Qadını qolları yatağa qandallanmış vəziyyətdə ölü tapdılar
Qadını qolları yatağa qandallanmış vəziyyətdə ölü tapdılar
29 Dekabr 2019 11:07 DünyaRusiyanın Moskva şəhərində mehmanxanadan qolları yatağa qandalla bağlanmış qadın meyiti tapılıb.
Bu barədə "112" "Telegram" kanalı məlumat yayıb.
Xəbərə görə, 27 yaşlı Yuliya Buçevskaya arxası üstə qolları yatağa qandalla bağlanmış vəziyyətdə aşkarlanıb.
Onun üzərində zorakılıq əlamətləri olmayıb.
Məlum olub ki, o, mehmanxanada əvvəlcədən otaq sifariş edib.
Mütəxəssislər ölüm səbəbini araşdırır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31