Hökumət səhvən "Şərəf"li məşhurların ünvanını yaydı

Hökumət səhvən "Şərəf"li məşhurların ünvanını yaydı

İngiltərə hökuməti Yeni illə bağlı "Şərəf" siyahısında yer alan siyasətçilər, təhlükəsizlik rəsmiləri və sənətçilərin ünvanlarını təsadüfən paylaşıb.

Tanınmış şəxslərin adları və üvanları hökumətin rəsmi saytında dərc olunub. Bir müddət sonra isə fayl saytdan silinib.

Daha sonra saytda üzrxahlıq məktubu yayımlanıb və səhvin necə baş verdiyinin araşdırıldığı vurğulanıb.

Siyahıda olan 97 nəfər arasında müğənni Elton Con, keçmiş təhlükəsizlik rəsmisi Alison Saunders, Mühafizəkarlar Partiyasının keçmiş lideri Dunkan Smit və digər tanınmışların adları olub.

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31