Məşhur aktyora vətəndaşlıq verildi - Prezidentdən fərman

Məşhur aktyora vətəndaşlıq verildi - Prezidentdən fərman

Yunanıstan Prezidenti Prokopis Pavlopoulos məşhur amerikalı aktyor, "Oskar" mükafatçısı Tom Henksə fəxri vətəndaşlığın verilməsi barədə fərman imzalayıb.

Bu barədə "Daily Mail" məlumat yayıb.

Yunanıstan qanunvericiliyinə görə, fəxri vətəndaş adı "ölkəyə müstəsna xidmətlər göstərmiş və ya vətəndaşlığı cəmiyyətin maraqlarına xidmət edən şəxslərə" verilə bilər.

Henks dəfələrlə Yunanıstanın böyük fanatı olduğunu deyib: "Mən 110 faiz yunanam, yunanların özündən daha çox yunanam".

Aktyorun yunan arvadı ilə yay tətilini tez-tez keçirdiyi Yunanıstanın Antiparos adasında evi var.

Teleqraf.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31