Səudiyyə sərhəd xidməti 74 narkotik alverçisini saxlayıb

Səudiyyə Ərəbistanın aidiyyatı qurumları keçirilən son əməliyyatlar çərçivəsində 1.3 ton narkotik maddə yükünü aşkarlayaraq ələ keçirib.

İnterAz SalamNews-a istinadla xəbər verilir ki, bu barədə ölkənin Sərhəd Xidməti bəyanat verib.

Bildirilib ki, Sərhəd xidməti cənub sərhədlərində keçirdiyi son əməliyyatlar nəticəsində 1.3 ton narkotik maddələr yükünün qeyri qanuni yolla keçirilməsinin qarşısını alıb.

Əməliyyatlar zamanı 79 nəfərin saxlanıldığı bildirilib.

Onlardan 54-ü efiopiyalı, 16-ı yəmənli, 5-i somaliyalı, 4-ü isə Səudiyyə Ərəbistanı vətəndaşlarıdırlar.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı külli miqdarda narkotik maddələrin alverçilərini edam edir. "Human Rights Watch"ın məlumatına görə 2014 - 2018 -ci illər ərzində Səudiyyə Ərəbistanında narkotik maddələrin satışı ittihamı ilə 200 civarında şəxs edam edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31