ABŞ-da klip çəkilişləri zamanı silahlı basqın: İki nəfər ölüb

ABŞ-da klip çəkilişləri zamanı silahlı basqın: İki nəfər ölüb

ABŞ-ın Hyuston şəhərində bir qrup gənc klip çəkilişləri apardığı zaman naməlum şəxslər tərəfindən silahlı hücuma məruz qalıblar.

Lenta.ru-nun məlumatına görə, bu barədə şəhərin polis rəisi Harris Ed Qonzales "Twitter" səhifəsində yazıb.

Hüquq-mühafizə orqanlarından bildirilib ki, latın amerikalı gənclər 20 yaşlarında olublar.

Dörd nəfərin yaralandığı deyilsə də, sonradan zərərçəkənlərin altı nəfər olduğu dəqiqləşdirilib. Onlardan ikisi hadisə yerində həyatlarını itirib.

oxu.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31