Fransada uşaqbaz keşiş xaçla qətlə yetirildi

Fransada uşaqbaz keşiş xaçla qətlə yetirildi

Fransanın Uaza departamentində 19 yaşlı gənc pedofiliyada təqsirləndirilən Roma-katolik kilsəsinin keşişini qətlə yetirib.

Olaylar.az  xəbər verir ki, bu barədə məlumatı "Deyli Meyl" yayıb.

Adı Aleksandr V. kimi göstərilən gənc 91 yaşlı Rocer Matassolinin boğazına xaç sancıb.

Qeyd olunur ki, insident noyabrın 4-də baş versə də, bu haqda məlumat indi açıqlanıb.

Aleksandr V. həbs olunub. Matassolinin 1960-2000-ci illərdə dörd oğlan uşağına, o cümlədən Aleksandr V.-yə qarşı seksual hərəkətlər etdiyi ehtimal olunur.

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31