Əsəd Trampı məhkəməyə verir

Əsəd Trampı məhkəməyə verir

Suriya hökuməti neftini oğurladığı üçün ABŞ-ı məhkəməyə verməyi düşünür.

Bunu Suriya prezidenti Bəşər Əsədin məsləhətçisi Butani Şaban Livanın "Əl-Mayadin" televiziyasına açıqlayıb.

Şaban bildirib ki, ABŞ Suriyaya neft quyularını qorumaq üçün əsgər göndərərkən "nefti zəmanət altına aldıq" açıqlamasının hansı məna daşıdığını dərin şəkildə izah edə bilməyən ABŞ prezidenti və hökumətini məhkəməyə şikayət edəcək: "Suriya ABŞ-a qarşı beynəlxalq orqanlara müraciət edərək məhkəmə işi açmağın yollarını axtarır. Bunun səbəbi də onların Suriya neftini oğurlamasıdır". (publika.az)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31