Putin kimin tərəfində dayandığını göstərdi: “Ruslar və ermənilər…”

Putin kimin tərəfində dayandığını göstərdi: “Ruslar və ermənilər…”

Prezident Vladimir Putin Yeni il və Milad bayramı münasibətilə Ermənistan Baş naziri Nikol Paşinyana təbrik məktubu göndərib.

Bu barədə Ermənistan baş nazirinin mətbuat katibi məlumat verib.

Məktubda Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasında iştirak edən Rusiyanın başçısının erməniləri və rusları "qardaş" adlandırması da diqqətdən yayınmayıb:

"Sizi Yeni il və Milad münasibətilə ürəkdən təbrik edirəm.

Biz çoxəsrlik dostluq və mənəvi yaxınlıq ənənələrinə əsaslanan Ermənistanla münasibətləri yüksək qiymətləndiririk. Ümid edirəm ki, gələn il biz Rusiya-Ermənistanla müttəfiqlik əlaqələrini və müxtəlif sahələrdə konstruktiv əməkdaşlığı inkişaf etdirmək, habelə Avrasiya inteqrasiya prosesləri çərçivəsində qarşılıqlı fəaliyyət göstərmək üçün birlikdə çalışacağıq. Bu, əlbəttə, qardaş xalqlarımızın təməl maraqlarına cavab verir".

Bir neçə il əvvəl Ermənistana səfər edən Vladimir Putin Rusiya çarı Pyotrun ermənilərin Türkiyə və Azərbaycan ərazilərinə köçürülməsi ilə bağlı vəsiyyətindən də danışmışdı. Pyotrun vəsiyyətini xatırladan Putin bu sözləri dilinə gətirmişdi: "Deyildi, yerinə yetirildi".

Teleqraf.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31