Kərkükə 3 raket atıldı: 1 nəfər öldü, onlarla əsgər yaralandı

Kərkükə 3 raket atıldı: 1 nəfər öldü, onlarla əsgər yaralandı

ABŞ liderlyi altında İŞİD-ə qarşı koalisiyanın Kərkükdə yerləşən K1 hərbi hissəsinə raket hücumu olub.

Hücum zamanı 1 mülki insan ölüb, onlarla amerikalı və iraqlı əsgər yaralanıb.

Koalisiya açıqlamasında faktı təsdiq edib.

Kərkük şəhərinin polis rəisi Əli Kamal hərbi hissəyə 3 raket atıldığını bildirib.

Qeyd edək ki, İŞİD 2014-cü ildə qədim türk yurdu olan Mosul, Səlahəddin, Ənbar vilayətlərini tamamilə Diyalə və Kərkükün isə bir qismini ələ keçirmişdi. Sonradan bu ərazilər əvvəl İŞİD-dən, sonra isə kürd peşmərgəsindən geri alınıb. Buna baxmayaraq bölgədə İŞİD-in yatmış hücrələri hələ də mövcuddur.

Əlavə edək ki, hazırda ABŞ-ın İraq ərazisində 8 hərbi bazası mövcuddur.

Teleqraf.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31