Bomba yüklü avtomobil partladıldı: azı 50 ölü var
Bomba yüklü avtomobil partladıldı: azı 50 ölü var
28 Dekabr 2019 12:14 DünyaMoqadişoda güclü partlayış olub.
Russia Today-ın son dəqiqə xəbərinə görə, bir müddət əvvəl Somalinin paytaxtı Moqadişudakı nəzarət buraxılış məntəqəsində üzərinə bomba quraşdırılmış avtomobil partladılıb.
İlkin məlumata görə, azı 50 nəfər ölüb.
Hadisə yerinə təcili tibbi yardım briqadası cəlb edilib.
Hadisə ilə bağlı araşdırma aparılır.
Milli.Az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31