Qəzaya düşən təyyarənin “qara qutusu” Moskvada açılacaq
Qəzaya düşən təyyarənin “qara qutusu” Moskvada açılacaq
28 Dekabr 2019 12:07 DünyaQazaxıstanda qəzaya uğramış "Bek Air" aviaşirkətinə məxsus təyyarənin "qara qutu"su açılması üçün Dövlətlərarası Aviasiya Komitəsinə veriləcək.
Təyyarənin uçuş qeydləri istintaq qrupu tərəfindən götürülüb.
Məlumata görə, bu gün axşam Moskvadan ekspertlər Almatıya gələcək. Sabah isə "qara qutu" açılması üçün Moskvada Dövlətlərarası Aviasiya Komitəsinə təhvil veriləcək.
Xatırladaq ki, dekabrın 27-də Qazaxıstanın Almatı şəhərində baş vermiş təyyarə qəzasında 15 nəfər ölüb, 66 nəfər yaralanıb. Bu gün ölkədə milli matəm elan edilib.
Azvision.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31