ABŞ şirkətləri Talibana ödəniş edib – Sensasion iddia

ABŞ şirkətləri Talibana ödəniş edib – Sensasion iddia

Əfqanıstanın bərpası layihəsində iştirak edən ABŞ-ın və digər ölkələrin böyük şirkətləri öz təhlükəsizliklərinin təmini üçün Talibana ödəniş ediblər.

Olaylar.az  xəbər verir ki, bu məlumatı "Vol Strit Jurnal" yayıb. Məlumata görə, məhz bu pullar Taliban tərəfindən ABŞ-a qarşı istifadə edilə bilər.

Qəzet artıq bununla bağlı 2009-2017-ci illər arasında Əfqanıstanda öldürülən və ya xəsarət alan 143 amerikalı hərbçinin ailələrinin məhkəməyə müraciət etdiyini bildirib. Ailələr Talibana ödəniş edənlər arasında həmçinin USAİD-in iki podratçı şirkətinin olduğunu da qeyd ediblər. Bu şirkətlərin "DAI Qlobal LLC" və "Luis Berger Qrup" olduğu vurğulanıb.

Axar.az 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31