Türkiyə sahillərində zəlzələ baş verib
Türkiyə sahillərində zəlzələ baş verib
28 Dekabr 2019 10:43 DünyaTürkiyə sahillərində, Aralıq dənizində 3,7 bal gücündə zəlzələ baş verib.
Olaylar.az Trend-ə istinadən xəbər verir ki, yeraltı təkanlar yerli vaxtla saat 04:48-də qeydə alınıb.
Zəlzələnin episentri Antalya vilayətinin Qazipaşa rayonunda, ocağı isə 41,72 kilometr dərinlikdə yerləşib.
Qeyd edək ki, sentyabrın 26-da İstanbulda 5,8 bal gücündə zəlzələ baş verib. Zəlzələ nəticəsində 473 binaya ziyan vurulub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31