Helikopter qəzaya düşdü: 6 nəfərin cəsədi tapıldı

Helikopter qəzaya düşdü: 6 nəfərin cəsədi tapıldı

Xilasedicilər dekabrın 26-da radarlardan itən helikopter qəzasında ölən altı nəfərin cəsədini tapıb.

Bu barədə Havay ştatının Kauai adası yanğınsöndürmə xidmətinin rəhbəri Solomon Kanoho bildirib.

Daha əvvəl helikopterin Havayda yoxa çıxdığı və göyərtəsində yeddi nəfərin ikisinin uşaq olduğu bildirilmişdi. Helikopter təyin olunmuş vaxtda Kauai adasında Na Pali sahili üzərində ekskursiyadan qayıtmamışdı.

S.Kanoho deyib: "Təyyarədə yeddi nəfərin olduğunu və altı cəsədin olduğunu təsdiqləyə bilərik. Sağ qalanların ola biləcəyinə dair heç bir sübut yoxdur".

trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31