Savalan dağı üzərində qəzaya uğrayan hərbi təyyarənin qalıqları tapılıb

Savalan dağı üzərində qəzaya uğrayan hərbi təyyarənin qalıqları tapılıb

Təyyarənin qalıqları tapılsa da katapult etdiyi deyilən pilotdan hələ də xəbər yoxdur...

İki gün öncə qəzaya uğrayan Miq-29 hərbi təlim təyyarəsinin qalıqları tapılıb.

İki gün öncə Savalan dağı üzərində qəzaya uğramış Miq-29 tipli hərbi təyyarənin qalıqları İranın xilasetmə qrupu tərəfindən tapılıb.

Təyyarənin qalıqları tapılsa da katapult etdiyi deyilən pilotdan hələ də xəbər yoxdur.

Qeyd edək ki, təyyarənin birinci və ikinci pilotunun taleyi barədə dəqiq məlumat mövcud deyil.

Hərbi təyyarə iki gün öncə təlim uçuşları məqsədilə Təbrizin hava limanlarının birindən səmaya qalxmışdı.

İnterAz SalamNews

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31