Nəsli kəsilməkdə olan timsah güllələndi

Nəsli kəsilməkdə olan timsah güllələndi

İsveçrənin Sürix şəhər zooparkının əməkdaşını dişləyən nadir Filippin timsahı güllələnib.

Səhər saatlarında zooparkın işçisi qəfəsi təmizləyərkən hücuma məruz qalıb. Timsah xanımın əlini dişləri ilə tutub və bir neçə dəqiqə çənəsini açmadığına görə onu gülləmək lazım gəlib.

Sürix zooparkının direktoru Aleks Rubelin bildirdiyinə görə, 30 illik karyerası dövründə heyvanın təcavüzkar davranışına görə öldürüldüyü ilk dəfədir.

Hücumun səbəbi hələ müəyyən edilməyib. Öldürülmüş timsahın çəkisi 15 kiloqram, uzunluğu təqribən 1,5 metr olub. Zooparkda eyni cinsdən olan dişi timsah da var, amma erkəklə yola getmirmiş. Vəhşi təbiətdə cəmi 250 Filippin timsahının olduğu güman edilir.

Hər iki timsah Mindanao adasında yaşayan, nəsli kəsilməkdə olan bir növə aid idi. Filippin timsahları uzunluğu 3.1 metrə çatır .

open.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31