Hindistanın şimalında internet söndürülüb
Hindistanın Uttar-Predeş ştatının 8 dairəsində internet söndürülüb.
Buna səbəb ölkədə vətəndaşlıq qanununa edilən dəyişikliklərə qarşı yeni etiraz aksiyaların keçirilməsinin qarşısını almaq olub.
"NDTV" telekanalının məlumatına əsasən, yeni etiraz aksiyaları cümə namazından sonra başlaya bilər.
XeberOxu.Az