Türkiyənin Konstitusiya məhkəməsi “Wikipedia”nın qaytarılması haqda qərar verdi

Türkiyənin Konstitusiya məhkəməsi “Wikipedia”nın qaytarılması haqda qərar verdi

Türkiyənin Konstitusiya məhkəməsi "Wikipedia" internet ensiklopediyasının ölkə ərazisində bloklanmasını söz azadlığının pozulması kimi qiymətləndirib.

Bu barədə qərarı 10 hakimdən altısı dəstəkləyib.

Məhkəmə iddiasını "Wikimedia Foundation" qaldırıb. Onun yaradıcısı Cimmi Ueyls məhkəmənin qərarını sevinclə qarşılayıb, "Türkiyə, xoş gəldin" deyib.

Xatırladaq ki, 2017-ci il aprelin 29-dan "Wikipedia"yaya ölkə ərazisində giriş tamamilə bağlanılıb.  

xeberoxu.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31