Məşhur MMA ustası Kadırovla döyüşə razılıq verdi

Məşhur MMA ustası Kadırovla döyüşə razılıq verdi

Qarışıq döyüş növləri üzrə məşhur idmançı Aleksandr Yemelyanenko Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırovun rinqə çağırışını qəbul edib.
Olaylar.az bildirir ki, bu barədə rusiyalı idmançı İstagram hesabında paylaşım edib: "Əlcək hazırla Ramzan! Biz imdanı və sağlam həyat tərzini təbliğ edəcəyik". 

Qeyd edək ki, Ramzan Kadırov Aleksandr Yemelyanenkonu dekabrın 21-də döyüşə çağırıb.

"İdman dünyasında dəbə çevrilib. Tənbəllik etməyib Yemelyanenkonu döyüşə çağırırlar. Qərara aldım ki, buna mən də qoşulum. Hələlik döyüşün hansı növün qaydaları ilə olacağını bilmirəm. Özüm barədə sadəcə onu deyim ki, dostuma istənilən variantda kiçik usta dərsi verməkdə qərarlıyam"-deyə, Kadırov qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31